BMT İran və ABŞ arasında münasibətlərin pisləşməsindən narahatdır

BMT İran və ABŞ arasında münasibətlərin pisləşməsindən narahatdır
  07 Aprel 2025    Oxunub:361
“BMT İran və ABŞ arasında artan gərginlikdən narahatdır və ümid edir ki, tərəflər vasitəçilərin köməyi ilə dolayı danışıqlara razılaşa bilərlər”.

AzVision.az xəbər verir ki, bunu brifinqdə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Biz açıq şəkildə ABŞ və İran arasında artan gərginlikdən narahatıq. Üçüncü tərəf vasitəsilə dolayı danışıqların aparılması ehtimalının olması xəbərini də müsbət qarşıladıq. Ümid edirik ki, üçüncü ölkədən vasitəçi kimi istifadə etmək imkanı reallaşacaq”, - deyə o bildirib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Vaşinqtonun vasitəçilərin köməyi ilə aparılan danışıqlara müsbət cavab verəcəyini bildirmişdi.

Diplomat bildirib ki, məsləhətləşmələr başlasa, Oman çox güman ki, vasitəçi kimi çıxış edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti