Aviasiya təhlükəsizliyi personalının hazırlığı qaydası müəyyənləşib

Bu Qaydada aviasiya təhlükəsizliyinin təmini sahəsində personal dedikdə hava limanının istismarçısının, hava gəmisinin istismarçısının, yerüstü xidmət təminatçısının, bort ehtiyatları (qida) ilə təchiz edən təşkilatın, hava gəmisində təmizlik işləri ilə məşğul olan təşkilatın, hava gəmisinə texniki xidmət göstərən təşkilatın, hava hərəkətini idarəetmə xidmətinin, hava limanında (aeroportda) fəaliyyət göstərən hüquq mühafizə orqanlarının əməkdaşları nəzərdə tutulur.
Aviasiya təhlükəsizliyinin təmin edilməsində bilavasitə iştirak edən idarə, müəssisə və təşkilatların, habelə aviasiya təhlükəsizliyinin təmin edilməsində bilavasitə iştirak etməyən, lakin hava limanları (aeroportlar) və aerodromların təhlükəsizlik zonalarına buraxılışı olan digər idarə, müəssisə və təşkilatların personalının aviasiya təhlükəsizliyi üzrə hazırlığa cəlb edilməsi məcburidir. Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.
AzVision.az
Teqlər: