“Yalnız Rusiya iqtisadiyyatının əsas sektorlarına qarşı əlavə sanksiyalar Moskvanı atəşi dayandırmağa məcbur edəcək. Ukrayna dəfələrlə atəşkəs təklif edib, lakin Rusiya tərəfi bu təkliflərə məhəl qoymur”, - Volodimir Zelenski vurğulayıb.
Məlumatda bildirilir ki, kütləvi hücum nəticəsində yaşayış binalarına, avtomobillərə, müəssisələrə ziyan dəyib, yaralılar var. Kiyevdə bombardmanın nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir - xilasedicilər raket və pilotsuz təyyarələrin qalıqlarını zərərsizləşdirir, yanğınları söndürür və mərmilərin düşdüyü yerlərdə işləyirlər.
Odessa, Poltava, Vinnitsa, Sumı, Xarkov, Donetsk, Kiyev və Dnepr vilayətləri də hücuma məruz qalıb, əsasən mülki şəxslər həlak olub.
Ukrayna Hərbi Hava qüvvələri (HHQ) Komandanlığının Rabitə departamentinin məlumatına görə, Rusiya mayın 24-nə keçən gecə “İskəndər-M” raketləri və “Şahed” dronları daxil olmaqla təkcə Kiyevə doqquz ballistik raket və çoxsaylı pilotsuz təyyarələr buraxıb. Ukrayna ərazisinə isə ümumilikdə bu gecə 16 “İskəndər-M” raketi atılıb.
— Newsfeed (@Newsfeed883920) May 24, 2025
Sahil İsgəndərov
AzVision.az