Müstəqillik Günümüz İslamabadda qeyd olunub

Müstəqillik Günümüz İslamabadda qeyd olunub
  24 May 2025    Oxunub:432
İslamabadda Azərbaycanın qarşıdan gələn “Müstəqillik Günü” münasibətilə təşkil olunan ziyafətdə Pakistanın Federal Neft Naziri Əli Perviz Malik də iştirak edib.
AzVision.az xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən təşkil olunan qəbulda Pakistanın Sind əyalətinin qubernatoru Kamran Tessori və Xeyber-Paxtunxva əyalətinin qubernatoru Faysal Kərim Kundi, iqlim dəyişikliyi üzrə keçmiş nazir, senator Şerri Rəhman və digər nüfuzlu şəxslər iştirak ediblər.

İslamabadda fəaliyyət göstərən xarici ölkələrin diplomatları, Pakistanın dövlət rəsmiləri, işgüzar dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələri, tanınmış media xadimləri və Pakistanda yaşayan azərbaycanlılar da qəbulda iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik dünyəvi respublika olduğunu vurğulayıb.

O, Azərbaycanın müstəqilliyinin bərpasından sonra Pakistanın rolunu yüksək qiymətləndirib və Pakistanın 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu diqqətə çatdırıb.


Teqlər: İslamabad   Azərbaycan  





Xəbər lenti