Şamaxıda faciə: 55 yaşlı kişi yanaraq öldü

Şamaxıda faciə: 55 yaşlı kişi yanaraq öldü
  26 Mart 2015    Oxunub:1600
Şamaxı şəhərində yanğın hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin 1 otağında yataq dəsti yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1960-cı il təvəllüdlü Soltan Ağagül Əlbala oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti