Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi – SİYAHI

Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi – SİYAHI
  09 Aprel 2015    Oxunub:2654
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında fərman imzalayıb.

AzVision.az-ın məlumatına görə, fərmanla Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası aşağıdakı tərkibdə müəyyən edilib:

Komissiyanın sədri

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti

Komissiyanın üzvləri

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri
Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Akif Əli Zadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Kamal Abdullayev – Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Ağamusa Axundov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Anar Rzayev – Azərbaycan Yazıçılar Birliyinin sədri
Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri
Firəngiz Əlizadə – Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Azərpaşa Nemətov – Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri
Tahir Salahov – Xalq Rəssamı
Arif Məlikov –Xalq Artisti
Ömər Eldarov – Xalq Rəssamı
Eldar Quliyev – Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti

Fərmana əsasən, “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2007, №11, maddə 1099; 2014, №9, maddə 1027) ləğv edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti