Yeni üzlüklər yanğına davamlıdırmı?

Yeni üzlüklər yanğına davamlıdırmı?
  04 İyun 2015    Oxunub:4663
Bakının Azadlıq prospektində 16 mərtəbəli binada baş verən dəhşətli yanğından sonra ölkə başçısı xüssusi Komissiya yaratdı. Komissiyaya tapşırıqlar verildi ki, poliuretanla üzlənmiş binaların fasadları sökülsün. Prezidentin bu tapşığından sonra bir neçə gün ərzində söküntü işlərinə başlanıldı və binaların fasadları yeni üzlüklərlə üzlənilməsinə qərar verildi.

Yeni üzlüklər yanğında təhlükəsizdirmi?

Binalara vurulan yeni üzlüklər fibrosement panellərdir. Bu materialın ölkədə istehsalı ilə Synergy Group ASC məşğul olur.

Synergy Group ASC-nin Biznesin İnkişafı üzrə Meneceri Əvəz Quliyev AzVision.az-a bildirib ki, fibrosementin tərkibinə tamamilə insan orqanizminə ziyanı olmayan kvars qumu, sement, sellüloz və su daxildir.

Onun sözlərinə görə, əsas tərkib hissələri ilə yanaşı fibrosement panellərin istehsalında həmçinin kaolin, dam örtüklərinin istehsalında isə mikrosilika, eyni zamanda PVA və əhəng daşından köməkçi maddələr kimi istifadə olunur. Fibrosement Azərbaycan tikinti bazarında yeni məhsul olduğunu söyləyən Ə.Quliyev istifadəçilərin onu bir çox hallarda “betopan” kimi tanıdığını bildirir.

““Betopan” da lifli sement materialı olmasına baxmayaraq, fibro sementdən fərqlənir. "Betopan"-ın istehsalında sellülozik liflərin yerinə ağac yonqarları (стружки) istifadə olunur. Bəzi texniki parametrləri fibrosementə yaxın olsa da yanmaya davamlılıqda daha aşağı göstəricisi vardır. Yəni, fibrosement yanmaz material olaraq A1 sinfinə aiddir. Betopanisə gec alışan material olaraq B1 sinfinə aid edilir. Fibrosementi (lifli sement) ötən əsrin əvvəllərində Avstriyalı mühəndis Lüdviq Haçek icad edib və 1901-ci ildə “Eternit” (latinca “aeternitas” əbədi mənasındadır) adı altında patentləndirilib. “Fibro” dedikdə materiala möhkəmlik gətirən liflər nəzərdə tutulur. Liflər sement və başqa mineralları birbirinə möhkəm bağlayaraq son məhsula möhkəmlik, verir. Ötən yüz il ərzində bu texnologiya təkmilləşdirildi, əvvəllər istifadə olunan zərərli asbest lifləri təhlükəsiz sellüloz liflərlə əvəz edildi. Fibrosementin tərkibinə tamamilə insan orqanizminə ziyanı olmayan kvars qumu, sement, sellüloz və su daxildir. Əsas tərkib hissələri ilə yanaşı fibrosement panellərin istehsalında həmçinin kaolin, dam örtüklərinin istehsalında isə mikrosilika, eyni zamanda PVA və əhəng daşından köməkçi maddələr kimi istifadə olunur”.

Şirkət rəsmisinin sözlərinə görə, fasad üçün fibrosement üzləmə lövhələri müxtəlif qalınlıqlı və formalarda istehsal olunur. Fibrosement lövhələri hamar və ya teksturalı; ağac, kərpic, daş bəzəkli, habelə üstü laminatlı ola bilər. Buna görə də fibrosement lövhələri hər növ tikinti, bəzək (tamamlama) və dekorasiya işlərində istifadə üçün istehsal olunur: “Dünyada daha çox “saydinq” adı ilə tanınan fasad üzləmə lövhəsi binaları üzləmək üçün istifadə olunan dekorativ, eyni zamanda qoruyucu materialdır. Fasad üzləmə lövhəsi oda davamlı, çürüməyən, həşəratın zərər verə bilmədiyi, rəngi Günəşin ultrabənövşəyi şüaları altında uzun illər solmayan, inanılmaz möhkəmlikdə, bir sözlə, əla üzləmə materialıdır. Görünüş baxımından təbii gildən olan keramik dam örtüyündən seçilmir, quraşdırılması asan, qiyməti isə ucuzdur.

Qeyd edək ki, Synergy Group ASC investisiya şirkəti geniş bazar araşdırması apararaq fibrosementin ən mütərəqqi tikinti materiallardan biri olduğunu müəyyən edib və həmin məhsulun istehsalını qurmaq məqsədilə “Azerbaijan Fibro Cement” MMC (AFC) törəmə şirkətini təsis edib. Müasir texnologiyalara söykənərək, şirkət Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqaz regionunda bina fasadları və dam örtükləri, habelə daxili məkan üçün fibrosement lövhələrinin ilk istehsalçısıdır. “Azerbaijan Fibro Cement” zavodu Sumqayıt Kimya Sənaye Parkında yerləşir.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti