Bakıda iki oteldən 17 kondisioner oğurlanıb

Bakıda iki oteldən 17 kondisioner oğurlanıb
  01 Mart 2016    Oxunub:1563
Bakıda otellərdən xeyli miqdarda əmlak oğurlanıb.
AzVision.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər məhkum olunan 1974-cü il təvəllüdlü Aqil Həşimov və 1983-cü il təvəllüdlü Nicat Məmmədov tutulub.

Müəyyən edilib ki, onlar yanvarın və fevralın 2-də Lökbatan qəsəbəsində Natella Quliyevaya məxsus, fəaliyyətdə olmayan oteldən 3 ədəd soyuducu, 15 ədəd kondinsioner və televizor, 4 ədəd istilik radiatoru, yanvarın 13-ü və 20-də Könül Mürsəlovaya məxsus oteldən 2 ədəd kondinsioner, 25 metr kabel, 6 ədəd radiator oğurlayıblar.

Araşdırma aparılır.


Teqlər:





Xəbər lenti