İntihar edən direktorun üstündən qumbara tapılıb - Rəsmi
`İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 05:00 radələrində A.Rəhimov şəxsi münasibətlər zəminində aralarında yaranmış narazılığa görə həmkəndlisi S.Qurbanovu öldürmək məqsədilə ov tüfəngi, bıçaq və balta götürüb onun yaşadığı evə gələrək arvadının və üç ayzaşlı uşağının gözləri qarşısında ov tüfəngindən bir dəfə atəş açıb, mətbəx bıçağı ilə ona və arvadı Sevda Qurbanovaya müxtəlif bədən xəsarətləri yetirib.
A.Rəhimov iradəsindən asılı olmayan səbəblərdən S.Qurbanovu öldürə bilməyərək hadisə yerini tərk edib. Bundan sonra, A.Rəhimov kənd qəbristanlığına gələrək həmin tüfənglə özünə atəş açmaqla intihar edib.
Hadisə yerindən üzərində qanabənzər ləkələr olan mətbəx bıçağı, balta, yivsiz ov tüfəngi, patron və əl qumbarası aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir`.
AzVision.az