Bizə `perezaqruzka` lazımdır

Bizə `perezaqruzka` lazımdır
  11 Mart 2016    Oxunub:2974
Aida Eyvazlı

Bir televizorumuz var idi. Şəhər evlərində belə olurdu. Ağ qara idi rəngi. Dünyanın bütün həqiqətlərini oradan izləyirdik. Dünyaya, insanlara, o ağ-qara rəngli qutuya Allaha inandığımız qədər inanırdıq. Hər axşam “Zaman” xəbərlər proqramında deyilənləri eşitməsə, yatmazdı valideynlərimiz. Kəndlərdə isə bir evdə televizor olardı, axşamlar ətrafdakılar o evə yığılıb xəbər gözləyərdilər.


Bu gün biz mühariə edən bir dövlətin vətəndaşları və övladlarıyıq. 1941-45-ci illərin Vətən müharibsəində SSRİ-nin qulağı Levitanın, Azərbaycnda isə Aydın Qaradağlının səsində idi. Bu səslərin əzəmətilə insanlarda qələbəyə inam yaranırdı. Təbliğat maşını işləyirdi. Sovet təbliğat maşını. Sovet İdeologiyasını bəyənmirik. Lakin orada insanın mənəvi təzmiliyi əsas şərt idi. Pioner sıralarından partiya bürosuna qədər böyüyb pillə-pillə yüksələnlərin əksəriyyətində döğruluq, düzgünlük, sadiqlik iradəsi formalaşırdı.

Bizim böyüdüyümüz mühidə məktəblər məbəd idi. Müəllimlər az əmək haqları ilə uşaqlara bütün bildiklərini öyrədirdilər. Ciddi nizam-intizam var idi. Bizim yaşadığımız dövrdə Rübabə Muradova, Lütfiyar İmanov kimi , Şövkət Ələkbərova kimi ulduzlar var idi. Biz onların hansı rəngdə alt paltarı geyindiyini bilmirdik. Kimi sevdiyini, kimin anası-atası olduğunu bilmirdik. Bizimlə eyni məktəbdə nazir, direktor, pektor uşaqları oxuyurdu. Biz fərqinə varmırdıq. Onları özümüzün sinif yoldaşı sayırdıq. Vətən müharibəsinin veteranları ilə olan görüşlər, xatirələrimizə yazılırdı.

İndi nə olub bizə? Müstəqil olmuşuq?! Yəni müstəqillik odurmu ki, kiminsə yataq otağına girəsən? Yəni Müstəqillik odurmu ki, Vətənin pulunu-malını müstəqil şəklində talayıb oliqarx olasan? Yəni müstəqillik odurmu ki, rəhbərliyin altında işləyən işçinin haqqını talayasan? Yəni Müstəqillik odurmu ki, İlhamə Quliyeva ilə Aygün Kazımovanın biabırçılıqlarını qəzet və jurnallarda, televiziya ekranlarında xalqa sırıyasan? Yəni Müstəqillik odurmu ki, Mili Məclisin tribunasından deyəsən Azərbaycana qumar xeyir gətirəcək. Bu ölkəni qumara qoymaq olmaz!!!

Müstəqillik odurmu ki, haqq-hesabı düzgün aparmayan, haramçılıq edən bankların düzgün olmayan siyasəti üzündən, sadə insanlar əzab çəksin. Yox, çoxumuz bilirik ki, Müstəqillik uğrunda ölənlərimizin sayından Şəhidlər Xiyabanı yaranıb. Əlsiz-ayaqsız qazilərimiz bilir müstəqllik nədir. O üçrəngli bayraq uğrunda canını fəda edən, Mübarizlər, Fəridlər, Aliklər bilirlər müstəqillik nədir. Azərbaycan Respublikasının Ali Baş komandanı İlham Əliyev Mübariz İbrahimov və Fərid Əhmədovun dəfni zamanı ölkənin kütləvi informasiya vasitələrini Vətən qəhrəmanları və şəhidlərinin həyatına daha çox yer ayırmağa səslədi. Beləmi olur? O hansı televiziyadır ki, hər gün vətənpərvərlik mahnıları səsləndirir? O hansı müğənnidir ki, efirlərə hər dəvətində Vətən mahnıları oxuyur? O hansı bəstəkardır ki, belə mahnıları bəstələyir?

Nə töksək aşımıza, o da çıxacaq qaşığımıza. Bu gün televiziyalar xalq nə verirsə, kütlə onu həzm edir, mədəsini ağrıtsa da. Ancaq niyə təhsil, ədəbiyyat, tariximizlə bağlı araşdırma verilişləri hazırlanmır? Olsa da, çox azdır. İnanın ki, ideologiya və siyasətinizi dəyişib, tam vətənpərvərlik, insanların problemləri, sosial durum haqqında dəyərli analitik verilişlər hazırlasanız, bunun ölkəmizin iqtisadiyyatına da, inkişafına da köməyi olar.

Xalqın qulluqçusu, xidmətində olmayan məmurun özbaşnalığından, bazara çevrilən xəstəxanalardan bəhs edən xəbərlər və tok-şoular hazırlansa, onların son aqibəti göstərilsə, bu, o birilərinə də dərs olar. Balalarımızı maarifləndirməsək, onlar da potensial cinayətkar olacaqlar. Adam öldürməsə də, dövləti talayacaq.

Peşəkarları işə götürün. Jurnalistlərin, rejissorların peşəkarlığı 40-dan sonra formalaşır. Onları iş başına gətirin, meydan verin, görün, efirlərdən xalqa nə verəcəklər. Ötən illər ərzində bir nəslin tərbiyəsini korladıq. İndi ibrətamiz, dəyərli verilişlər hazırlayıb, onları bu verilişlərə baxmağa vadar etmək lazımdır. Nə göstərsək, ona da baxmağa məcburdur tamaşaçı.

Televiziyalar və informasiya saytları bu gün xalqın milli düşüncəsini formalaşdırır. “Perezaqruzka” verib, valı dəyişin! Əl-ələ verib, birgəlik nümayiş etdirib, bir-birimizə kömək olaq. İnsanlara şərait yaradaq, imkan verək ki, ölkənin dirçəlməsində əllərindən gələni əsirgəməsinlər.


Teqlər:  





Xəbər lenti