Röya dünyasını dəyişdi

Röya dünyasını dəyişdi
  11 Mart 2016    Oxunub:26275
2-ci qrup Qarabağ müharibəsi əlili Manuel Məmmədovun qızı, günlərdir haqqında danışılan azyaşlı Röya Məmmədova bir neçə dəqiqə öncə dünyasını dəyişib.
Bu barədə AzVision.az-a onun yaxınları məlumat verib.

Qeyd edək ki, 12 yaşlı Röya Məmmədova xərçəng xəstəliyi ilə mübarizə aparırdı, O, bir neçə gün öncə əməliyyat olunmuşdu.

Röyanın müalicəsində millət vəkili Qənirə Paşayeva yaxından iştirak edirdi. Deputat onu tez-tez ziyarət edir, müalicəsi üçün lazım olan köməkliyi göstərirdi.

Allah rəhmət eləsin.





Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti