Abşeronda iki azyaşlı faciəli şəkildə ölüb

Abşeronda iki azyaşlı faciəli şəkildə ölüb
  15 Mart 2016    Oxunub:1868
Abşeron rayonunda ev yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin tüstüdən zəhərlənən övladları 2011-ci il təvəllüdlü Zeynalov Nihat Ruslan oğlu və 2013-cü il təvəllüdlü Zeynalov Sadiq Ruslan oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub, lakin xəstəxanaya aparılarkən yolda hər iki uşaq vəfat edib.

Yaxınlıqda olan qonşu evlər yanğından mühafizə olunub. Yanğını saat 13:00-də yanğınsöndürənlər söndürüb.


Teqlər:  





Xəbər lenti