Azərbaycanda yenilik: Mingəçevirdə virtual səyahət imkanı
Azərbaycanın böyüklüyünə görə dördüncü şəhəri olan, əsas sənaye mərkəzlərindən biri kimi tanınan Mingəçevir, eyni zamanda ölkənin əsas turizm mərkəzlərindən birinə çevrilməkdə iddialıdır. İqlimin mülayimliyi, müvafiq infrastrukturun mövcudluğu, dünya səviyyəli turizm obyektlərinin artıq fəaliyyətə başlaması və təbii şəraitin uyğunluğu bunu deməyə əsas verir.
Mingəçevir şəhərinə turistləri cəlb etmək və ölkədə turizmin inkişafına təkan vermək məqsədilə unikal 3D proqram hazırlanaraq istifadəyə verilib. “Mingəçevir 360º”adlanan bu proqram vasitəsilə şəhərin əsas küçə və meydanlarına 3D rejimində səyahət etmək mümkündür. Hətta, muzey, teatr, gənclər evi və mədəniyyət evinin icərisinə daxil ola və virtual gəzinti həyata keçirmək olar.
Bu proqram vasitəsilə Mingəçevirin ən görməli yerlərinə virtual səyahət edə bilərsiniz.
Mingəçevirə virtual səyahət üçün bu linkdən istifadə edə bilərsiniz: https://azvision.az/redirect.php?url=http://360.az/mingechevir/tour.html