Gəncədə kişi meyiti tapılıb
Cəsəd şəhərin Heydər Əliyev prospektində tapılıb.
Əraziyə polis əməkdaşları və TTYX-nın həkimləri cəlb olunub.
Hadisənin səbəbi və ölən şəxsin kimliyi aparılacaq araşdırmalardan sonra mıəlum olacaq.
***
Ölən şəxs 1960-cı il təvəllüdlü Gəncə şəhər sakini Zakir Əliyevdir. Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb. “Zaxar” ləqəbli Z. Əliyevin bir ay bundan əvvəl həbsxanadan çıxdığı bildirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
AzVision.az