Gəncədə kütləvi dava - bir nəfər bıçaqlanıb

Gəncədə kütləvi dava - bir nəfər bıçaqlanıb
  21 Mart 2016    Oxunub:2999
Gəncədə kütləvi dava baş verib.
AzVision.az xəbər verir ki, dava şəhərin “Depo qəsəbəsi” adlanan ərazisində qeydə alınıb.

Bir qrup gənc arasında baş verən davada Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü İlkin Hümbətov bıçaq xəsarəti alıb.

O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti