Toyuna hazırlaşan gənc qəzada öldü

Toyuna hazırlaşan gənc qəzada öldü
  26 Mart 2016    Oxunub:2250
Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, rayonun Polis İdarəsindən Ans-ə verilən məlumata görə, hadisə Darquba kəndi ərazisində qeydə alınıb.

Şəhər sakini, 1993-cü il təvəllüdlü Nəriman Seyran oğlu Məmmədli idarə etdiyi “VAZ-21 015” markalı, 42- BS- 753 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı maneəyə çırpıb. Güclü zərbənin təsirindən çoxsaylı ağır bədən xəsarətləri alan sürücü hadisə yerində keçinib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı Lənkəran Rayon Polis İdarəsində araşdırma aparılır. Mərhumun qohumları onun gələn ay toyunun olacağını bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti