57 yaşlı məhkum qadın intihar edib

57 yaşlı məhkum qadın intihar edib
  26 Mart 2016    Oxunub:2205
Azərbaycanda məhkum qadın intihar edib.
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Zaqatala rayon sakini, 1959-cu il təvəllüdlü Məryəm Əyyub qızı Murtuzova martın 25-də özünü örpəklə asaraq intihar edib.

Onun 2015-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq 6 il 5 ay müddətinə həbs cəzasına məhkum edildiyi bildirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (Apa)


Teqlər:  





Xəbər lenti