Bayram günlərində neçə nəfər həkimə müraciət edib?
“İlkin yardımla bağlı həkim briqadalarımız tam hazır vəziyyətdə olub və işlərini lazımi səviyyədə icra ediblər. Bu müddət ərzində işimizdə heç bir problem yaranmayıb. Çağırışlar arasında mövsümi müraciətlər çoxluq təşkil edib. Yanıq və ya zəhərlənmə ilə bağlı müraciətlər daxil olmayıb. Müraciətlər əsasən, yüngül soyuqlamalar, respirator xəstəliklər, təzyiq, ürək-qan damar, sinir sistemi xəstəlikləri ilə bağlı olub”,-deyə Rauf Nağıyev bildirib.
Gültəkin Ələsgər
AzVision.az