Bakıda şagirdlər qəzaya düşdü - 12 yaralı

Bakıda şagirdlər qəzaya düşdü - 12 yaralı
  28 Mart 2016    Oxunub:3142
Bakının Sabunçu rayonunda şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Hadisə Zabrat qəsəbəsində qeydə alınıb. >agirdləri daşıyan “Ford” markalı mikroavtobus “Niva” ilə toqquşub.

Qəza zamanı 10-u uşaq olmaqla 12 nəfər yaralanıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına aparılıb.

3 saylı şəhər Klinik Xəstəxanasından bildirilib ki, xəsarət alanlardan 10 nəfər 8-17 yaşlı məktəblidir.

Şagirdlərdən əlavə, hadisə nəticəsində avtobusda olan daha iki nəfər - 23 və 52 yaşlı şəxslər də xəsarət alıb. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti