Astarada ev yanıb

Astarada ev yanıb
  03 Aprel 2016    Oxunub:2773
Astarada yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Astara rayonu, Vaqo kəndində vətəndaşa məxsus ümumi sahəsi 190 kv.m olan ikimərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti