`ANS Ərdoğanı müdafiə etməli idi` - Nizami Cəfərov

`ANS Ərdoğanı müdafiə etməli idi` - Nizami Cəfərov
  23 İyul 2016    Oxunub:3207
“Azərbaycan mətbuatı Türkiyədə baş verən hadisələri işıqlandırarkən mütləq şəkildə hazırki hakimiyəti müdafiə etməlidir. ANS telekanalı da bu addımı atmalı idi. Bu, bizim borcumuzdur. Türkiyə hakimiyyətini müdafiə etmək lazımdır. Heç bir mətbuat qurumu dövlət çevrilişini müdafiə edə bilməz”.
Bu fikirləri AzVision.az-a millət vəkili Nizami Cəfərov ANS telekanalının bağlanmasına münasibət bildirərkən deyib.

Deputat təklif edib ki, ANS MTRŞ ilə danışıqlar aparmalı, əlaqələri bərpa etməyə çalışmalıdır: “ANS telekanalının hansı səbəbdən bağlanması hər kəsə məlumdur. Sözsüz ki, Türkiyədə baş verən hadisələr bu ölkənin daxili işidir. Biz kənardan müdaxilə edə bilmərik. Buna baxmayaraq, Türkiyənin indiki hakimiyyətini müdafiə etməliyik. Mətbuat orqanlarının Türkiyənin daxili işlərinə qarışması, məsələnin mahiyyətini bilməyə-bilməyə problemlər yaratması düzgün deyil. Hazırda həssas məqamdır, diqqətli olmalıyıq”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinin müvəqqəti bağlanması haqda qərar çıxarıb.

MTRŞ qərarını ANS telekanalının ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışdığını, həmçinin, ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibənin yerli və xarici KİV-lər vasitəsilə anons edilməsi ilə əsaslandırıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti