`Əgər bu zəlzələ səthi olsaydı…` - Qurban Yetirmişli

`Əgər bu zəlzələ səthi olsaydı…` - Qurban Yetirmişli
  02 Avqust 2016    Oxunub:3059
“Ötən gün İmişli rayonunda baş verən zəlzələ güclü zəlzələ hesab edilir. Bir çox bölgələrdə hiss olunub. Lakin dağıntıların az olma səbəbi zəlzələ ocağının dərinlikdə olmasıdır”.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bugünkü mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, zəlzələnin dərinlikdə olması həm də onun digər rayonlarda daha çox hiss olmasına səbəb olub:

“Çünki zəlzələ nə qədər dərində olarsa, ətraf ərazilərdə daha çox hiss olunur və episentrdə güclü dağıntılara səbəb olmur”.

Q.Yetirmişli dünənki zəlzələnin baş vermə səbəbinə də toxunub: “Həmin ərazi digər bölgələrə nisbətən seymoloji aktiv ərazi hesab edilmir. Lakin bəzən olur ki, seysmoloji aktiv olmayan ərazidə belə zəlzələlər baş verir. Zəlzələnin səbəbinə gəldikdə Kür uzununa dərininə qırılması və Qəbələ-İmişli dərininə qırılmasında baş verən hərəkətlilik nəticəsində zəlzələ baş verib. Bu zəlzələ 2012-ci ildə Zaqatalada baş vermiş zəlzələ ilə oxşardır. Əgər bu zəlzələ də səthi olsa idi, daha çox dağıntılara, fəsadlara səbəb ola bilərdir”.

Q,Yetirmişli onu da bildirib ki, ötən gün baş verən zəlzələdən sonar 7 avtoşok olub. Onlardan 3-ü hiss olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti