Naxçıvanda seçki təşviqatı yerləri açıqlandı

Naxçıvanda seçki təşviqatı yerləri açıqlandı
  30 Avqust 2016    Oxunub:1617
Naxçıvan Muxtar Respublikasında sentyabrın 26-da Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə əlaqədar keçiriləcək referendumla bağlı referendumqabağı təşviqatın aparılması üçün müvafiq yerli icra hakimiyyəti orqanlarının sərəncamlarına əsasən açıq və qapalı yerlər kimi müəyyən olunub.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, həmin yerlər aşağıdakılardır:

Naxçıvan şəhərində

Açıq yer – Naxçıvan Şəhər Stadionu
Qapalı yer – “Gənclik” Mərkəzi

Şərur rayonunda

Açıq yer – Şərur Olimpiya Stadionu
Qapalı yer – “Bahar” kinoteatrı

Babək rayonunda

Açıq yer – Babək qəsəbəsinin mərkəzi meydanı
Qapalı yer – Babək qəsəbə 1 nömrəli tam orta məktəbin akt zalı

Ordubad rayonunda

Açıq yer – Ordubad Şəhər Tədbirlər Meydanı
Qapalı yer – Ordubad Rayon Mədəniyyət Evi

Culfa rayonunda

Açıq yer – Culfa Şəhər Stadionu
Qapalı yer – Culfa Rayon Mədəniyyət Evi

Kəngərli rayonunda

Açıq yer – Qıvraq Qəsəbə Stadionu
Qapalı yer – Kəngərli Rayon Mədəniyyət Evi

Şahbuz rayonunda

Açıq yer – Şahbuz Şəhər Stadionu
Qapalı yer – “Araz” kinoteatrı

Sədərək rayonunda

Açıq yer – Sədərək Rayon Stadionu
Qapalı yer – Sədərək kənd mədəniyyət evi

Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar olaraq Seçki Məcəlləsinə əsasən referendumqabağı təşviqatın aparılması 3 sentyabr 2016-cı il tarixdə başlanır və 2016-cı il sentyabrın 25-i saat 8:00-da dayandırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti