Bakıda 2 evdən 100 minlik qızıl oğurlanıb

Bakıda 2 evdən 100 minlik qızıl oğurlanıb
  01 Sentyabr 2016    Oxunub:2234
Bakıda mənzillərdən külli miqdarda qızıl və pul oğurlanıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Bakı şəhər sakini Kamal Talıbova məxsus evdən 50 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nicat Abbasov tutulub.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinənlər paytaxt sakinləri Fərid Əhmədov və Nigar Ağayeva saxlanılıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti