“BakuBus” sürücülərinin maaşı azaldılıb? - İddialara cavab

“BakuBus” sürücülərinin maaşı azaldılıb? - İddialara cavab
  15 Aprel 2017    Oxunub:6671
“BakuBus”da maaşların azaldılması və bu səbəbdən bəzi sürücülərin işdən çıxması ilə bağlı məlumatlara aydınlıq gətirilib.
“BakuBus”un mətbuat xidmətinin rəhbəri Mansur Piriyev AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar tamamilə yalnışdır, maaşların azaldılmasından söhbət gedə bilməz.

“Bunu sürücü kursuna qatılmaq üçün müraciət edənlərin sayının çoxluğu sübut edir. Həmçinin sürüclərin maaşı da azaldılmayıb və ümumiyyətlə, hər hansı maaş azaldılmasından söhbət gedə bilməz. Əvvəllər sürücülərin necə pul qazanmasını hamı yaxşı bilirdi”.

Qurumun sözçüsü qeyd edib ki, əvvəlki vaxtlardan fərqli olaraq indi sürücülər qanunvericiliyin tələblərinə uyğun iş şəraiti, iş saatı, istirahət, məzuniyyət və məvaciblə təmin olunurlar.

Aytən Zəhra
AzVision.az


Teqlər: BakuBus   Sürücü   Maaş  





Xəbər lenti