“Azərbaycanda terror təhlükəsi yoxdur” - YAP rəsmisi
“Ermənistan və anti-Azərbaycan mərkəzləri bir məsələni bilməlidirlər ki, Azərbaycan artıq güclü dövlətçiliyə malikdir. Azərbaycanın hüquq mühafizə və xüsusi xidmət orqanları öz üzərlərinə düşən vəzifələri çox yüksək səviyyədə, peşəkarlıqla yerinə yetirirlər. Onların fəaliyyəti və eyni zamanda cəmiyyətin inamı, sayıqlığı olmasaydı, Azərbaycan çoxdan Suriyaya, Yəmənə, Somaliyə dönmüşdü”.
Millət vəkili bildirib ki, anti-Azərbaycan qüvvələri heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər: “Gələn dəfə Ermənistan hakimiyyəti və anti-Azərbaycan mərkəzləri ölkəmizdə hansısa provakasiya ilə bağlı layihəyə pul ayırarkən bilsinlər ki, Azərbaycan vətəndaşları sayıqdır. Ona görə də belə qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcək”.
YAP funksioneri Azərbaycanda terror təhlükəsinin olmadığını vurğulayıb.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: