Xaricdə oxuyanların diplomları hansı halda tanınmır? - VİDEO
Əgər tələbənin təhsil aldığı müddətlə Azərbaycana giriş-çıxışı arasında uyğunsuzluq varsa, bu zaman diplom tanınmır. Üstəlik, onun təhsil aldığı dil üzrə biliyi də yoxlanılır.
Xaricdə təhsil almaq istəyən tələbələrə, Təhsil Nazirliyinin xaricdə təhsil proqramına əlavə edilmiş universitetlərə üstünlük vermələri məsləhət görünür. Bundan başqa, universitetin reytinq cədvəlində ön sıralarda olması da üstünlük kimi qəbul edilir.
Hazırda xaricdə elə bir univeristet yoxdur ki, Təhsil Nazirliyi tərəfindən oranın diplomu nostrifikasiyadan keçmədən birbaşa tanınsın. Bunun üçün tələbələr univeristet seçməmişdən qabaq diplomun tanınma qaydaları ilə Təhsil Nazirliyinin saytı, o cümlədən akreditasiya və nostrifikasiya idarəsinə müraciət edərək geniş şəkildə tanış olsalar yaxşıdır. (Xəzər TV)
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi Diplom