Bərdədə 5 otaqlı ev yanıb

Bərdədə 5 otaqlı ev yanıb
  26 Avqust 2017    Oxunub:1358
Bərdədə yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bərdə rayonu, Lənbəran kəndində ümumi sahəsi 135 m2 olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və bitişik ümumi sahəsi 104 m2 olan qamışdan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı talvar və ot bağlaması yanğından mühafizə olunub.

Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  



Xəbər lenti