İki ay əvvəl maşınla vurulan piyada ölüb

İki ay əvvəl maşınla vurulan piyada ölüb
  22 Sentyabr 2017    Oxunub:1393
Xaçmazda iki ay əvvəl maşınla vurulan piyada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu il iyulun 20-də Xaçmaz rayonunun Seyidli kəndində kənd sakini Rafiq Hacımuradov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Aşağı-Oba kənd sakini Vüsal Hacıyevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 21-də orada ölüb. Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti