Ötən gün 10 yol qəzası olub - 4 ölü, 11 yaralı

Ötən gün 10 yol qəzası olub - 4 ölü, 11 yaralı
  11 Noyabr 2017    Oxunub:1431
Ötən gün respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, qəzalarda 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Hər bir faktla bağlı araşdırma aparılır.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər tutulub.

AzVision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti