ANAMA-dan
AzVision.az-a verilən məlumata görə, Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatı zamanı 1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) aşkar edilib.
Məlumata görə, nəticə etibarilə 12 500 kv.m (1.25 ha) ərazi tam təmizlənib, 6 000 kv.m (0.6 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
AzVision.az