Azərbaycanda 4 milyona yaxın seçici səs verib - (VİDEO)

Azərbaycanda 4 milyona yaxın seçici səs verib -  (VİDEO)
  12 Aprel 2018    Oxunub:2626
Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində 3959553 seçici səsvermə hüququndan istifadə edib.

AzVision.az-ın məlumatına görə, bu barədə Mərkəz Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
MSK rəsmisi bildirib ki, yekun-saat 19:00-a olan məlumata görə, ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 3959553 nəfəri (74,51%) səsvermədə iştirak edib.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Səsvermə  





Xəbər lenti