Azərbaycanlı qız Türkiyədə faciəvi şəkildə öldü - FOTO

Azərbaycanlı qız Türkiyədə faciəvi şəkildə öldü - FOTO
  08 İyul 2018    Oxunub:4444
Dostları ilə birlikdə Türkiyəyə istirahətə gedən azərbaycanlı turist faciəvi şəkildə dünyasını dəyişib.

AzVision.az xəbər verir ki, 27 yaşlı Məryəm Ömərova Muğla bölgəsində yerləşən Aladərə şəlaləsinə qalxıb.
O, mənzərəni seyr edərkən müvazinətini itirib və 15 metr hündürlükdən yerə yıxılıb. Azərbaycanlı turist aldığı xəsarətdən hadisə yerində keçinib.





AzVision.az


Teqlər: Turist  





Xəbər lenti