Narkotik satışı ilə məşğul olanlar tutulub

Narkotik satışı ilə məşğul olanlar tutulub
  04 Avqust 2018    Oxunub:2882
Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AzVision.az-a verilən məlumata görə, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Hüseynov həmyerlisi Ceyhun Gözəlova heroin satarkən yaxalanıblar. C.Gözəlovun üzərinə keçirilən baxış zamanı kustar üsulla hazırlanan, ümumi çəkisi 1.530 qram heroin aşkar edilərək götürülüb.

Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı ümumi çəkisi 47,070 qram tiryək aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: DIN   Narkotik  





Xəbər lenti