Yevlaxda avtomobil piyadanı vurub öldürüb

Yevlaxda avtomobil piyadanı vurub öldürüb
  07 Avqust 2018    Oxunub:3623
Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, avqustun 6-da saat 21 radələrində Yevlax rayonu ərazisində Bərdə rayon sakini Əlizamin Hüseynov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən rayon sakini Elçin Əliyevi vurub.

E.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti