Evdən külli miqdarda narkotik tapılıb

Evdən külli miqdarda narkotik tapılıb
  08 Avqust 2018    Oxunub:4570
Daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az-a verilən məlumata görə, avqustun 7-i daxil olmuş məlumat əsasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Süleyman Hümbətov saxlanılıb. Onun üzərindən 14.03 qram marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən araşdırmalarla onun evinə baxış keçirilən zaman dolabda sellofan torbada gizlətdiyi 4 kiloqram 165 qram marixuana da aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Narkotik  



Xəbər lenti