Ağcabədidə ağır qəza: Ölən və yaralı var

Belə ki, rayon sakini Rizvan Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə R.Əliyevin sərnişini, həmyerlisi Afaq Qocayeva hadisə yerində ölüb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
AzVision.az