Saxta pul hazırlayan şəxs tutulub

Saxta pul hazırlayan şəxs tutulub
  26 Sentyabr 2018    Oxunub:1623
Sentyabrın 22-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini İ.Əkbərov həmin gün mağazasına gəlmiş yeniyetmənin ona 100 manatlıq əsginas verərək tütün məmulatı aldığını bildirib. Sonradan saxta olduğunu aşkar etdiyindən mağazanın sahibi həmin pulu polisə təqdim edib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla yeniyetməyə həmin pulu iki həmyerlisinin verdiyi, sonuncuların isə qeyd edilən əsginası Rəşad adlı şəxsdən aldıqları müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rəşad Xəlilzadə saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun əlavə olaraq 18 ədəd 100 manatlıq, 22 ədəd 50 manatlıq saxta əsginaslar hazırladığı da müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti