Xəbər verdiyimiz kimi, ötən gün Bakının Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu hərəkətdə olan elektrovozla toqquşub.
Son məlumatlara əsasən, qəza zamanı 2 nəfər həyatını itirib, sürücü daxil olmaqla 41 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Sosial şəbəkələrdə qəzanın baş vermə anının görüntüləri yayılıb. İddia edilir ki, qatar hərəkətdə olan zaman şlaqbaum açıq olub. Hazırda faktla bağlı araşdırma aparılır.