Ərəblərin qaldığı evdə yanğına səbəb nə olub?
"Yanğın olan evdə qaz sobası olmayıb. Evin kombi sistemi var. Yanğın turistlər yatan vaxt başlayıb. Yanğın barədə gec xəbər tutulub. Bu səbəbdən zamanında qarşısını almaq mümkün olmayıb. Hadisənin nədən baş verdiyi araşdırılır. Ehtimal olunur ki, yanğına səbəb işıqdır. Ola bilsin ki, evdə, hansısa elektrik avadanlığı cərəyana qoşulu qalıb, nəticədə yanğın baş verib".
D.Bağırovun sözlərinə görə, ərəb turistlər bir neçə gün əvvəl həmin evə yerləşiblər. Mənzilin sahibi yanğın baş verən yerdən bir qədər aralıda yaşayır.
Aytən Zəhra
AzVision.az