Bu il 2,2 tona yaxın narkotik müsadirə olunub
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 628 kiloqram 66,092 qramını marixuana (28,9 faiz), 316 kiloqram 395,602 qramını tiryək (14,5 faiz), 1 ton 72 kiloqram 475,986 qramını heroin (49,2 faiz), 56 kiloqram 526,795 qramını həşiş (2,6 faiz), 96 kiloqram 456,2 qramını digərləri (4,4 faiz), 4 kiloqram 345,299 qramını psixotrop maddələr (0,2 faiz), 4 kiloqram 845,732 qramını prekursorlar (0,2 faiz), o cümlədən 2 kiloqram 184,1 qramını güclü təsir edən maddə, 1 kiloqram 533,2 qramını zəhərli maddələr, 0,01 qramını Lizerqit (LSD) (0,7x0,7 ölçülü 140 karton lövhə), 397 flakon “Mydrax 100 faiz” və 1878 həb təşkil edib.
Həmçinin Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların iştirakı ilə 421 hektar 46 sot ərazidən 132 ton 165 kiloqram 418 qram (248 min 802 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.
Azvision.az
Teqlər: Narkotik