İsmayıllı rayonunun Şəbiyan kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli inzibati binanın (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları yanıb.
FHN-dən Azvision.az-a verilən məlumata əsasən, binanın içərisinə yığılmış 850 kq ot bağlaması həmçinin yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.