Qanunsuz parklanmaya qarşı nəzarət sistemi yaradılıb
Sistemin əsas komponenti olan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin (kameralar) quraşdırılması işləri isə intensiv şəkildə davam etdirilir. Həmçinin intellektual nəzarət sistemindəki mövcud kameraların işi daha da təkmilləşdirilir.
Məlumat üçün bildirilir ki, artıq sistemə daxil olan kameraların olduğu küçə və prospektlərdə sürücülər nəqliyyat vasitələrini qadağan edilən yerdə park etdikləri zaman bu xəta dərhal qeydə alınır və qayda pozuntusunu təsdiq edən 4 ədəd fotoşəkil çəkilir. Sistemin digər bir özəlliyi isə qayda pozuntusuna dair videoqeydiyyatın aparılması ilə bağlıdır. Bu da, öz növbəsində, mübahisələndirmə halları olacağı təqdirdə qayda pozuntusunu sübuta yetirmək baxımından əhəmiyyətlidir. Artıq paytaxtın əksər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarda qanunsuz parklanmaya nəzarət sistemləri fəaliyyət göstərir.
Bunu nəzərə alaraq, bir daha sürücülərə parklanma zamanı daha diqqətli olmağı, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmələrini, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmağı tövsiyə edilir.
Azvision.az