Milli Məclisin “təcili iclası”na aydınlıq gətirildi

Milli Məclisin “təcili iclası”na aydınlıq gətirildi
  02 İyul 2019    Oxunub:2136
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu parlamentin iyul ayı üçün təcili növbədənkənar iclasının çağırılması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Milli Məclisin rəsmisi Azvision.az -a açıqlamasında bildirib ki, heç bir təcili iclasdan söz gedə bilməz.
"Sadəcə olaraq, Milli Məclisin növbədənkənar sessiyası adi qaydada davam edir və nöbədənkənar sessiyanın daha bir neçə iclası keçiriləcək. Növbəti iclaslar iyulun 9-12-si üçün nəzərdə tutulub. Həmin vaxtda növbəti iclasların keçirilməsi gözlənilir”-, deyə A.Təvəkküloğlu vurğulayıb.



Xatırladaq ki, iyunun 13-14-də və 27-də parlamentin növbədənkənar iclasları olub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti