Xəzəri çirkləndirən 3 obyekt sahibi cərimələndi

Xəzəri çirkləndirən 3 obyekt sahibi cərimələndi
  08 İyul 2019    Oxunub:1438
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakının Türkan qəsəbəsi ərazisində tədbir keçirilib.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, reyd zamanı çirkab suların dənizə axıdılması faktları aşkar edilib və “Voyaj”, “Park Riyad”, “Caspian Beach” istirahət mərkəzlərinin sahibi və icarədarları İnzibati Xətalar Məcəlləsinin 233 və 264-cü maddələrinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: Dəniz   Çirkləndirmə   DİN   Ekologiya  





Xəbər lenti