BMT rəsmisi: “Virus ölkələri seçmir, sərhədləri aşır”
Onun sözlərinə görə, pandemiya insanların sağlamlığına, iqtisadiyyatına və qidalanma prosesinə, təhlükəsizliyinə təsir göstərir.
"Bu virus ölkələri seçmir, sərhədləri aşır, yaşından asılı olmayaraq insanlara, zəiflərə, güclülərə, hər kəsə keçə bilər. Yoluxma nəticəsində onların sağlamlığına təsir göstərə bilər. Hazırda bu təhlükə qlobal səviyyədə tərəfdaşlığı, əməkdaşlığı tələb edir. Ölkələr arasında, ölkələr daxilində, vətəndaşlar arasında həmrəylik və əməkdaşlıq olmalıdır. Biz hər birimiz kiçik addımlarla, sosial məsafə gözləmək, əl gigiyenasına diqqət etmək, maska taxmaqla bu virusla mübarizədə iştirak edə bilərik. Kiçik addımlar nəticə etibarı ilə mübarizədə xüsusi əhəmiyyətə malikdir”.
Aytən Zəhra
Azvision.az
Teqlər: BMT Koronavirus