TƏBİB: “Qaydalar sərtləşdikcə, psixoloji durum gərginləşir”

     TƏBİB:  “Qaydalar sərtləşdikcə, psixoloji durum gərginləşir”
  25 İyun 2020    Oxunub:4121
Hər bir qaydaya riayət olunması vətəndaşdan asılıdır. Qaydalar sərtləşdikcə, insanlar psixoloji olaraq gərginləşir.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, insanları daim gərginlikdə saxlamaq da mümkün deyil.

“İnsanların hər biri özü-özünə nəzarət etməlidir. Cəmiyyət bir-birinə təzyiq göstərməlidir. Bunu hansısa dövlət qurumundan gözləmək düzgün deyil. Başqa ölkələrdə olan proseslərin bizdə təcrübəsi mümkündür. Bunun üçün statistikanın nəzarətdə saxlanıla biləcək səviyyəyə düşməsi vacibdir. Belə olsa, hər şey mümkündür”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Qayda  





Xəbər lenti