Ticcani Məhəmməd-Bande Azərbaycana təşəkkür etdi
“Bizim koordinatorlar sizin əməkdaşlığınız və dəstəyinizlə danışıqlar üçün möhkəm zəmin yaradan gözəl layihə hazırlayıblar. İnanıram ki, xüsusi sessiya daha çox sayda dünya liderlərinin pandemiyaya nəticəyönümlü reaksiya verməsinə şərait yaradacaq. Bu isə öz növbəsində, pandemiyaya və onun insanların həyatına və həyat şəraitinə mənfi təsirlərinin azaldılmasına qarşı mübarizədə Baş Assambleyanın qlobal bir tərəfdaş kimi rolunu daha da gücləndirəcəkdir”, - deyə Ticcani Məhəmməd-Bande qeyd edib.
BMT Baş Assambleyasının sədri inandığını bildirib ki, bu xüsusi sessiya beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi üçün gözəl imkan olacaq. “BMT-nin üzvü olan çoxsaylı dövlətlərin xüsusi sessiyanın uğurla baş tutmasına göstərdiyi maraq məni çox sevindirir və bu sessiyanın təşkilinə töhfələrini vermiş şəxslərə minnətdarlığımı bildirirəm”, - deyə o əlavə edib.
Ticcani Məhəmməd-Bande, eyni zamanda, BMT-nin bütün üzv dövlətlərini bu proses zamanı koordinatorlarla əməkdaşlıq ruhunda daha yaxından işləməyə çağırıb: “Hamınızı pandemiya problemini həll etmək üçün detallarla bağlı təcrübə mübadiləsi aparmaq üçün əlverişli platforma olaraq bugünkü müzakirələrdən yararlanmağa dəvət edirəm. Mövcud vəziyyət bizim COVID-19 virusuna qalib gəlməyimiz üçün birlikdə işləməyimizi və çoxtərəfli əməkdaşlığı gücləndirməyimizi zəruri edir”.
Sədr deyib: “Hamı üçün daha yaxşı dünya qurmağa çalışdığımız bir vaxtda BMT Baş Assambleyası davamlı inkişaf üçün qlobal tərəfdaşlıqların möhkəmləndirilməsində sizin tərəfdaşınız olaraq qalacaq”.
Azvision.az
Teqlər: BMT