“Narkotikaya Yox Deyək!” - Sərgi-Müsabiqə

“Narkotikaya Yox Deyək!” - Sərgi-Müsabiqə
  22 Aprel 2014    Oxunub:1625
Sərgi may ayının 10-dan 12-dək Bakı şəhərində keçiriləcək.
“İnsan Hüquqlarının Qorunmasına Dəstək” İctimai Birliyi “Narkotikaya Yox Deyək!” sərgisi təşkil edir. AzVision.az-ın məlumatına görə, layihə çərçivəsində gənclər tərəfindən narkotikə qarşı mübarizə mövzusunda müxtəlif rəsm əsərləri təqdim ediləcək.

Sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.

Sərgi çərçivəsində narkotiklə mübarizə mövzusunda rəsm müsabiqəsi də nəzərdə tutulub. Bütün iştirakçılara diplomlar təqdim ediləcək, qaliblər isə hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqədə Bakı və Azərbaycanın müxtəlif regionlarından 14-29 yaş arası gənclər iştirak edə bilərlər. Bölgələrdən qatılmaq istəyən şəxslərin ezam xərcləri (yol, paytaxtda otel və yemək xərcləri də daxil olmaqla) təşkilatçı tərəfindən ödəniləcək. Onu da qeyd edək ki, müsabiqə iştirakçılarının sayı məhduddur.

Arzu edənlər [email protected] elektron ünvanına müraciət edərək müvafiq şərtlərlə tanış ola və bu ünvandan onlara göndəriləcək müvafiq anketi doldurmaqla müsabiqədə iştirak edə bilərlər. Sənədlərin və rəsmlərin qəbul ediləcəyi ünvan barəsində məlumatları da yuxarıda qeyd etdiyimiz elektron ünvandan əldə etmək mümkündür.

Sənədlər və rəsmlərin qəbulu aprelin 22-dən may ayının 2-dək davam edəcək.

Tələb olunan sənədlər: doldurulmuş anket forması, 1 ədəd 3x4 ölçüdə şəkil, şəxsiyyəti təsdiq edən sənədin surəti.

Qeyd: Regionlardan müraciət edənlər ezamiyyəni təsdiq etmək üçün əlavə sənədlər təqdim etməlidirlər.

AzVision.az


Teqlər:  



Xəbər lenti