İlham Əliyev Güllə görüşəcək

İlham Əliyev Güllə görüşəcək
  22 Aprel 2014    Oxunub:882
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Gürcüstanın paytaxtı Tiflisdə görüşəcək.

Bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili açıqlama verib.

Onun sözlərinə görə, hər üç ölkənin prezidenti arasında görüş may ayının əvvəlində Gürcüstanda təhlükəsizlik məsələləri ilə bağlı keçiriləcək sammit çərçivəsində baş tutacaq.

“Ölkələrimiz və region üçün ən vacib məsələlərdən biri olan təhlükəsizliklə bağlı keçirilən sammitdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin görüşü olacaq. Biz enerji təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edəcəyik”, - deyə Gerogi Marqvelaşvili bildirib.(anspress)


Teqlər:



Xəbər lenti